Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 6-cı turunda “Komo” ilə qolsuz heç-heçə etdikləri oyunda Doniell Malenin qırmızı vərəqə almasına etiraz edib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, italiyalı mütəxəssis hakimlərin qərarlarını tənqid edib:
“Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur qaldıq. Malen həmin müdaxilədən əvvəl dəfələrlə qayda pozuntusuna məruz qalmışdı. Malenin kobud oynadığını demək çətindir. Onu saxlayırdılar, özü də hərəkətinin təsiri ilə irəli getdi. Hərəkət gözəl görünmürdü, amma rəqibə zərər vermək niyyəti yox idi. Bu epizod, şübhəsiz ki, oyunu korladı.
90 dəqiqənin 30 dəqiqədən çoxunu “Komo” kimi güclü komandaya qarşı azlıqda keçirmək məyusedicidir. 11 nəfərlə oynasaydıq, nəticənin necə olacağını bilmirəm, amma özümüzə inanırdıq. Belə şəraitdə heç-heçə yaxşı nəticədir".
Qeyd edək ki, Malen 53-cü dəqiqədə “Komo”nun müdafiəçisi Kaykiyə qarşı təhlükəli müdaxiləyə görə birbaşa qırmızı vərəqə alıb.