Bu ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi Sərkisyan KONKRET

10.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“2024-cü ildə demarkasiya zamanı Noyemberyan icmasının Voskevan və Bağanis kəndlərinin sərhədyanı ərazilərində 30 ildir möhkəmləndirilmiş müdafiə mövqeləri Azərbaycana təhvil verilib”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu jurnalist Voskan Sərkisyanın yazıb.

O iddia edib ki, “Yeni il” demarkasiya zamanı Ermənistan ərazisində qalmalı imiş, lakin Azərbaycana verilib.

Voskanyanın sözlərinə görə, Ermənistan ordu komandanlığı oradakı hərbi qulluqçuların ərzaqla təmin olunmasının çətinliyini əsas gətirərək postun Azərbaycana keçməsinə razı olub.

“Hazırda həmin döyüş mövqeyində Azərbaycan bayrağı dalğalanır. Bu hündürlükdəki post Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda nəqliyyatın hərəkətinə nəzarət edir”.

Qeyd edək ki, ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью