Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunda, Bakı Qars küçəsinin ətrafında yerləşən yolkənarı obyektlərin nömrələnməsi ərazidə söküntü işlərinin aparılacağı ilə bağlı müzakirələrə səbəb olub.
Bakıvaxtı.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl obyektlərin üzərinə vurulan nömrələr sakinlər və sahibkarlar arasında müxtəlif ehtimalların yaranmasına səbəb olub. Onların bir qismi ərazidə mövcud yolun genişləndiriləcəyini, digərləri isə yeni yolun və ya parkın salınacağını ehtimal edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şifahi şəkildə bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir.