Bu ərazi işiqsız qalacaq

13.02.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Bakıxanov qəsəbəsini qidalandıran 10 kV-luq hava xətlərindən bəzilərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

News24.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 17:00-dək qəsəbənin Şamil Kamilov, Mahir Əmirov, Sülh, Ramiz Qəmbərov, Ruhulla Axundov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью