Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir VİDEO

28.01.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Heydər Əliyev prospektində kütləvi qayda pozuntusu kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə yanvarın 28-də səhər saat 08:25 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, prospektin ən sağ zolağında dayanmış avtomobillər avtobusların dayanacağa daxil olmasına əngəl törədib.

Nəticədə sürücülər avtobusu dayanacaqdan kənarda, sol zolaqda saxlayaraq sərnişin mindirib-düşürüblər. Bu hal isə həmin zolaqda hərəkətdə olan digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Qayda pozan sürücülərin əksəriyyətinin taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Onlar müştəri toplamaq üçün dayanacağa yaxın yerlərdə dayanırlar.

Qeyd edək ki, bu problem yalnız Heydər Əliyev prospektində deyil, şəhərin bir sıra ərazilərində də müşahidə olunur.

Nərmin

Oxunub 522

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью