Bu ərazidə çoxmərtəbəli binalar TİKİLƏCƏK 36 milyon ayrıldı KONKRET

27.08.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Abşeron rayonunun Saray qəsəbəsində genişmiqyaslı yaşayış kompleksi inşa ediləcək.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində 4.5 hektar ərazidə çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri tikiləcək.

Planlaşdırılan tikinti işlərinə 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli binalar daxildir. Bundan əlavə, 14 və 15 nömrəli birmərtəbəli qeyri-yaşayış binalarının inşası da nəzərdə tutulur.

Layihənin dəyəri 36 milyon 311 min 571 manat 28 qəpikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью