Bu ərazidə DİQQƏTLİ OLUN! Nişanları görməyib cərimələnə bilərsiniz VİDEO | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Nərimanov rayonu Mirzəbala Məmmədzadə ilə Arif Heydərov küçələrinin kəsişməsində quraşdırılmış yol nişanları əraziyə bələd olmayan sürücüləri çaşdırır.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib.
Şikayətçi bildirib ki, oktyabrın 18-də sözügedən ərazidən sola dönərkən giriş qadağandır (3.1 nişanı) nişanını görməyib və bir müddət sonra bununla bağlı DYP əməkdaşı ona cərimə tətbiq edib.
Görüntüdən də aydın olduğu kimi, nişan küçənin qurtaracağında quraşdırıldığı üçün yoldan ilk dəfə istifadə edən və ya diqqətsiz sürücülər sola dönürlər və əks istiqamətli yola çıxırlar.
Belə xoşagəlməz halın baş verməməsi üçün yaxşı olardı ki, daha irəlidə - Mirzəbala Məmmədov küçəsində sola dönməni qadağan edən nişan quraşdırılsın.
Digər tərəfdən Arif Heydərov küçəsiylə hərəkətdə olan sürücülər yolun sağ tərəfində quraşdırılmış yalnız sola hərəkəti bildirən (4.1.3 nişanı) nişanını görə bilmir.
Belə ki, yolun kənarında adətən maşınlar park edildiyi üçün nişanı görmək çətinləşir.
Tam oxu
Xəbəri oxu