Bu ərazidə işıq olmayacaq KONKRET

08.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az bildirir ki, 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyasından qidalanan 35 kilovoltluq hava elektrik verilişi xətti elektrik dirəklərinin yerinin dəyişdirilməsi səbəbindən sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq Babək şəhərində yanvarın 9-da saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью