Bu ərazidə partlayış olacaq Nazirlik məlumat yaydı

17.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

17-19 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda istifadəyə yararsız və istismar müddəti başa çatmış döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi zamanı ətraf ərazilərdə partlayış səsləri eşidilə bilər.

Nazirlik vətəndaşları təşvişə düşməməyə çağıraraq, eşidiləcək partlayış səslərinin planlı tədbirlərlə əlaqədar olduğunu və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью