Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Nərimanov rayonu, “Koroğlu” metrosunun yaxınlığında qayda pozan piyadalar görüntülənib.
Xoşagəlməz halla bağlı sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, piyadalar yolu müəyyən olunmamış yerdən keçərək həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Videodan da göründüyü kimi, hətta onlar yaxınlaşmaqda olan avtomobilləri görsələr və siqnal səsini eşitsələr belə yolu keçməyə davam edirlər.
Təlimçinin sözlərinə görə, qeyd olunan ərazidə piyadalar mütəmadi olaraq qayda pozurlar.
Qeyd edək ki, piyadaların qayda pozduğu ərazidən bir neçə metr uzaqda piyada keçidi mövcuddur.
Nərmin