Bu ərazidə su kəsiləcək

26.01.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

"Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı bildiririk",-məlumatda qeyd edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью