Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Səbail rayonunda su təminatı bir gün ərzində bərpa edilib.
Bu barədə KONKRET.az-a İri Şəhərlərin Su Təchizatı QSC-dən məlumat verilib.
Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində oktyabrın 12-də gecə saatlarında Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.
Qeyd edilib ki, hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.