Bu ərazidə sürücülər tez tez qaydaları pozur VİDEO

15.10.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Yeni Yasamal ərazisindən kənar dairəvi yola çıxışda sürücülərin tez-tez yol hərəkəti qaydalarının pozması yerli sakinləri narazı salır.

Bakupost.az xəbər verir ki, bu barədə video sosial şəbəkədə paylaşılıb.

Paylaşımda qeyd edilir ki, bəzi sürücülər əks istiqamətə çıxaraq nəqliyyatın hərəkətini iflic vəziyyətinə salır və tıxac yaradırlar.

“Yeni Yasamaldan kənar dairəvi yola çıxan zaman hər gün belə özbaşınalıqlar olur. Əks istiqamətə çıxıb yolu biabırçı şəkildə zəbt edir və tıxac yaradırlar. Ora kamera quraşdırılsa, YPX əməkdaşları da cəlb olunsa, çox gözəl olar”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью