Icma.az bildirir, Avtosfer portalına istinadən. Nizamlanan yolayrıcılarında növbəsini gözləmədən hərəkət edən sürücülər yolda tıxaca səbəb o
Belə ki, onlar işıqfora əhəmiyyət vermədən, yaxud son saniyələrini gözləmədən yolayrıcılarına daxil olurlar.
Bu xəta, dəqiqələrlə, hətta saatlarla sıxlığın yaranamsına gətirib çıxarır. Təbii ki, belə halda qəza riski də artır.
Xoşagəlməz mənzərənin ən çox olduğu ərazilərdən biri də Üzeyir Hacıbəyli küçəsilə Bülbül prospektinin kəsişməsidir.
Avtosfer.az-ın məlumatına görə, sözügedən ərazidə kütləvi şəkildə qayda pozan sürücülərin görüntüsü sosial şəbəkədə paylaşılıb.
Belə ki, 77-YC-654 dövlət nömrə nişanlı “KIA Rio” markalı və digər avtomobillərin sürücüləri işıqforun qırmızı işığında dayanmadan yolayrıcına daxil olublar.
Nəticədə onlar yaşıl işıqda keçən sürücülərin hərəkətinə çətinlik yaradaraq tıxaca səbəb olublar.
Daha sonra görüntünü qeydə alan sürücü qayda pozan avtomobilə yaxınlaşaraq “Qırmızıda niyə keçirsən?” - deyə, sual verib.