Bu ərazidə tıxaca səbri çatmayan sürücülər əks yola keçib xaos yaradırlar VİDEO

15.07.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Yenə Ramana yolunda sürücülər kütləvi şəkildə qayda pozurlar.

Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da göründüyü kimi, sözügedən ərazidə xaos hökm sürür. Belə ki, günün pik saatlarında yolda yaranmış tıxac yaranır və sıxlığa səbri çatmayan bir qisim sürücülər əks istiqamətli yola çıxırlar. Nəticədə onlar qarşı tərəfdən gələn avtomobillərin yolunu kəsirlər. Əks tərəfdən gələn sürücülər isə məcbur qalaraq hərəkət istiqamətlərini dəyişmək məcburiyyətində qalırlar. Bu isə yaranmış tıxacın daha da şiddətlənməsinə gətirib çıxarır. Təlimçinin sözlərinə görə, qeyd olunan yolda demək olar ki, həmişə eyni xoşagəlməz mənzərə mövcuddur. 

Təəssüf ki, bəzi hərəkət iştirakçıları bir neçə dəqiqəlik vaxt qazanmaq üçün belə yola əl atır. Lakin onlar qayda pozmaqla yanaşı həm təhlükəyə səbəb olurlar, həm də tıxacın müddətini artırırlar.  

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью