Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Babək Rayon İcra Hakimiyyəti 4 hektar ərazidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı inşa etdirəcək.
BAKU.WS-in məlumtına görə, bu məqsədlə parkın inşası üçün lazım olan layihə-smeta sənədləri hazırlanır.
Tikinti zamanı parkın ümumi planı, şəhərsalma əsaslandırması, baş plan və ərazinin şaquli planlaşdırılması nəzərə alınacaq.
Qeyd edək ki, layihənin reallaşması Babək şəhərində sakinlərin istirahəti üçün yeni və müasir parkın yaradılmasına imkan verəcək.