Bu ərazidə yollar təmir olunacaq KÜÇƏLƏRİN ADLARI

20.10.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Şirvan şəhərində bir neçə küçə və yaşayış binalarının qarşısındakı yolların əsaslı təmiri nəzərdə tutulur. İşlər çərçivəsində asfalt örtüyünün yenilənməsi, çalaların təmiri və yol səthinin hamarlanması planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, təmir işləri Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Layihənin ehtimal olunan dəyəri 538 min manat təşkil edir.

Təmir işlərinin Tofiq İsmayılov, Xaqani Şirvani, 20 Yanvar, Mahmud İbrahimov, Qurban Pirimov, Neftçilər, Seyid Əzim Şirvani və Şirin Şükürov küçələrinin ayrı-ayrı hissələrini əhatə etməsi nəzərdə tutulur.

Yolların təmiri şəhər sakinlərinin gündəlik hərəkətinin rahatlaşdırılması, avtomobillərin hərəkət şəraitinin yaxşılaşdırılması və yol səthindəki nasazlıqların aradan qaldırılmasına xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью