Bu ərazilər işıqsız qalacaq

05.02.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

"Azərişıq"dan News24.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью