Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskvanın Rusiya hərbçilərinin nəzarətinə keçən əraziləri öz torpağı hesab etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Medinski bu barədə “Vesti”nin jurnalisti Yevgeni Popova müsahibəsində danışıb. O, Ukrayna ilə ərazi mübadiləsi ehtimalını da istisna edib.
Kreml rəsmisi Ukrayna qoşunlarının Kursk vilayətinə hücumundan sonra Rusiya sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması qərarını xatırladıb. Onun sözlərinə görə, sözügedən zona artıq əhəmiyyətli ölçüyə çatıb və genişlənməkdə davam edir.
Medinski bildirib ki, Rusiya ordusunun nəzarətində olan ərazilərin Ukrayna ilə mübadiləsi mümkün deyil.
“Liderimizin açıq şəkildə bəyan etdiyi kimi, rus əsgərinin ayağı haraya basıbsa, ora bizim torpağımızdır”, – deyə o vurğulayıb.
Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, Moskvanın əvvəlki dövrlərdə əlverişsiz kompromislərə getməsi və güzəştlər etməsi, onun fikrincə, daha böyük itkilərlə nəticələnib. /globalinfo.az/