Bu ərazilər susuz qalacaq

06.03.2025

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan şəhərinin bəzi kəndlərində içməli suyun verilişində fasilə yaranacaq.

Moderator.az bildirir ki,  Naxçıvan şəhərinin Bulqan, Qaraçuq, Qaraxanbəyli kəndlərində təzyiqqırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq. 

Bu gün saat 10:00-dan başlayacaq təmir-bərpa işlərinin saat 12:00-da yekunlaşacağı planlaşdırılır.

Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью