Bu ərazilərdə 2 gün su olmayacaq DİQQƏT!

13.05.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Yeni Sabah”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləri aparılacaq. pizza hut

Bu səbəbdən 14 may səhər saatlarından 16 may günorta saatlarınadək sözügedən ərazilərdə suyun verilməsi fasiləli olaraq dayandırılacaq.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью