Bu ərazilərdə dinc əhali qətlə yetirilib

26.01.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriya Demokratik Qüvvələri (SDQ) Kobani kəndlərində mülki şəxsləri hədəf alan ağır hücumun baş verdiyini açıqlayıb.

SDQ-nin sosial şəbəkə hesabında yayılan məlumata görə, Dəməşqlə əlaqəli silahlı qruplar Kobani şəhərinin cənub-şərqində yerləşən Xarab Aşq kəndini intensiv artilleriya atəşinə tutub.

"Cebheinfo.az" xəbər verir ki, bildirilib ki, hücum artilleriya və tank atəşləri ilə yanaşı, pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

Hücum nəticəsində Bozan ailəsinə mənsub 5 mülki şəxs həlak olub, 5 nəfər isə yaralanıb. SDQ-nin məlumatına görə, bombardman ailənin evinin tamamilə dağıdılmasına səbəb olub.

“ANF”-də yer alan xəbərdə ölənlərdən ikisinin uşaq olduğu qeyd edilir.

Yaralıların xəstəxanalara çatdırıldığı bildirilib. Bombardmanın güclü olması səbəbindən həlak olan mülki şəxslərin cəsədlərinin dağıntılar altında qaldığı vurğulanıb.

SDQ açıqlamasında hücum “dəhşətli qətliam” kimi xarakterizə edilib.SDQ-nin rəsmi sosial media hesabında yayımlanan açıqlamada deyilir:

Dəməşqlə əlaqəli qruplar Kobani şəhərinin cənub-şərqində yerləşən Xarab Aşq kəndini artilleriya atəşləri, tanklar və pilotsuz uçuş aparatları ilə intensiv bombardmana məruz qoyaraq dəhşətli qətliam törədiblər.

Hücum nəticəsində beş mülki şəxs həlak olub, beş mülki şəxs isə yaralanıb. Ölən və yaralananların hamısı Bozan ailəsinə mənsubdur.

Bombardman ailənin evinin tamamilə dağıdılmasına səbəb olub. Yaralılar tibbi yardım üçün xəstəxanalara aparılıb, hücumun şiddəti nəticəsində həyatını itirənlərin cəsədləri isə dağıntılar altında qalıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью