Bu ərazilərdə elektrik enerjisi müvəqqəti kəsiləcək

17.09.2026

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 17-də paytaxtın Yasamal rayonu və bir sıra regionlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Doğru.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, təmir işləri ilə əlaqədar gün ərzində bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev və Nəriman Nərimanov küçələri, həmçinin Yeni Yasamal-2 yaşayış kompleksinin bəzi ərazilərində fasilə yaranacaq.

Abşeron rayonunda Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələri, eləcə də Bakı-Sumqayıt yolunun bir hissəsində saat 09:00-dan 11:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Ağdaşda bəzi kəndlərin ərazilərində saat 10:00-dan 14:00-dək, Göyçayda Qızılağac, Mollahacılı və Şəkili kəndlərində saat 10:00-dan 15:00-dək, Bərdənin Çələbilər, İbişli, Məşədi, Mollalı və Nifçi kəndlərinin bəzi hissələrində isə saat 10:00-dan 15:00-dək fasilə olacaq.

Həmçinin Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar və Günəşli, eləcə də Sabirabad kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək qısamüddətli məhdudiyyət tətbiq ediləcək.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью