Bu ərazilərdə güclü külək əsəcək XƏBƏRDARLIQ

15.01.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  yanvarın 16-sı axşam, 17-də bəzi bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Samux, Şəmkir, Tovuz, Ağstafa, Mingəçevir, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью