Bu ərazilərdə həftəsonu su olmayacaq

07.12.2024

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Höküməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Sitat.info  xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

"Təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək", - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью