Bu ərazilərdə işıq KƏSİLƏCƏK

06.12.2024

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən bildirilib ki, ona görə də dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью