Bu ərazilərdə işıq olmayacaq XƏBƏRDARLIQ Yeni Çağ Media

10.01.2025

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:30-dan saat 13:00-dək Biləcəri qəsəbəsi Cantəpə yaşayış massivi və ətrafında yerləşən ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,- deyə məlumatda qeyd edilib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью