Bu ərazilərdə iyulun 21 də qaz kəsiləcək

19.07.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bazar ertəsi Zaqatala şəhərinin bir hissəsində qaz olmayacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala xidmət sahəsinin ərazisində Zaqatala şəhəri Vaqif küçəsi 1 ünvanında mövcud qaz sayğaclarının giriş hissəsindəki yivli birləşmələrin ləğv edilərək əymə borularla əvəz edilməsi məqsədi ilə 21.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək cəmi 102 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью