Bu ərazilərdə qar yağacaq Sabahın havası KONKRET

17.11.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimal edilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağıntı yağacaq, dağlıq ərazilərdə qar düşəcək. Bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 15-19 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью