Bu ərazilərdə qaz olmayacaq

21.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bu gün Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Azəriqaz" İB-nin razılıq məktubuna əsasən vətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76 mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinin dəyişdirilməsi məqsədilə əlaqədar olaraq, noyabrın 21-i saat 14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılov küçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi və F.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью