Bu ərazilərdə qaz olmayacaq

06.11.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

07.11.2024-cü il saat 10:00-dan etibarən Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью