Bu ərazilərdə qaz olmayacaq

12.12.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təmir-bərpa işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Avtosfer.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Məlumata əsasən, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 10:00-dan “Müşfiqabad”, “Ceyranbatan” və “Pirəkəşkül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. 

Təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənayə müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənayə müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью