Bu ərazilərdə qaz olmayacaq

12.12.2024

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Digah-Bilgəh" orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью