Bu ərazilərdə qaz olmayacaq Yeni Çağ Media

05.12.2024

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə 06.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Yenicag.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z. Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью