Bu ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq

28.10.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Əhmədli” qaz kəməri üzərində klapanın quraşdırılması işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 

Belə ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov, V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov, M.Fətəliyev, Q.Vəliyev, Şadlinski, Y.Əliyev, Neftçi, K.İsmayılov, E.Bəkirli (bir hissəsi), Vağzal, Gənclər, Hacinski küçələrinin və 40-42-50/60, 40-48-ci kvartallarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью