Bu ərazilərdə su yoxdur: Nə vaxt veriləcək?

16.11.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qobu Park” yaşayış massivində iki gündür içməli suyun verilməsi dayandırılıb. Sakinlər problemin nə vaxt həll olunacağını gözləyirlər.

Moderator.az xəbər verir ki, sakinlər su təchizatının kəsilməsi ilə bağlı narazılıqlarını bildiriblər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bir sıra ərazilərdə su təchizatında fasilə yaranıb.

Qurumun məlumatına görə, Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümid, Sahil, Qızıldaş, Buta, Korgöz və Şanqar qəsəbələrinin, eləcə də AZNS yaşayış massivinin içməli su təminatı noyabrın 16-da gün ərzində mərhələlərlə bərpa olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью