Bu ərazilərdə tikililərin inşasına icazə veriləcək 2025ci ildən... Xəbər saytı Son xəbərlər və Hadisələr

16.12.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.

Bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.

Bu arada ölkədə neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupu yaradılıb.İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir.

Brifinqdə o da bildirilib ki, Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb. Bu rəqəm dəqiqləşdirilir.

Mövzu ilə bağlı daha ətraflı Xəzər Tv-nin videomaterialını təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью