Bu ərazilərdə yaşayan əhalinin qazı kəsiləcək | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, "Digah-Bilgəh" orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır."Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək "Şəki" QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu