Bu ərazilərdə yeni binalar tikilir QİYMƏTİ...

29.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilir. Yaşayış kompleksi 225 mənzilli onmərtəbəli 5 binadan ibarət olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə də başlanılıb.

“Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələrindən birinin Naxçıvan şəhərində reallaşdırılması nəzərdə tutulub. Yaşayış kompleksinin layihələndirilməsi artıq başa çatdırılmış və hazırda tikintiyə icazə icraatı ilə bağlı işlər yekunlaşmaq üzrədir”, - deyə açıqlamada qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью