Bu ərazilərə qar yağdı FOTO

17.11.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb.

Sfera.az APA-ya istinadən bildirir ki, ötən gündən qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub.

Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır.

Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.

Məqaləyə dair fotomateriallar:
 

​​​​​

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью