Bu ərazilərə qar yağır Faktiki hava

05.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda noyabrın 5-i saat 18:00-a olan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şəkidə 28 m/s, Zaqatalada 30 m/s, Goranboyda 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Gəncə, Neftçalada 20 m/s, Gədəbəy, Yevlax, Bərdədə 16 m/s təşkil edir.

Hazırda Bakıda və Abşeron yarımadasında, Qusarda arabir yağış, Şahdağ, Altıağacda isə qar yağır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью