Bu ərazilərə qar yağır Faktiki hava

28.02.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 28-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью