Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Co Baydenin son açıqlaması yerli və xarici mediada birmənalı qarşılanmayıb.
Belə ki, onun sözlərinə görə, ABŞ Avropaya 80 minlik qoşun yeridib.
Sözügedən qoşunların Rusiya aqressiyasını qarşısını almaq üçün yerləşdirildiyinə diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin hansı Avropa ölkəsinə hücum planlaşdırır? Bu, mümkün görünürmü?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Baydenin bu yanaşması ciddi mətləblərdən xəbər verir: “Son onillikdə rəsmi Vaşinqtonun Avropadakı müttəfiqləri ilə təhlükəsizlik məsələlərində müəyyən fikir ayrılıqları yaranıb.
Bu fikir ayrılıqları o qədər dərinləşib ki, Fransa Prezidenti Emmanuel Makron bir vaxtlar NATO “beyin ölümü keçirib”, “Avropa öz ordusunu yaratmalıdır” ideyası ilə çıxış etmişdi.
Bu da ABŞ-ın maraqlarına uyğun deyildi. Amerika NATO-nu özünün əsas instrumenti kimi əlində saxlamağa çalışır.