Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtərdə arabir yağış yağır.
Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.