Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza Xəbərdarlıq edildi | Icma.az
Icma.az, GlobalInfo saytına istinadən bildirir. Dəniz sezonuna az qalıb və bəzi məsələlər yenidən gündəmə gətirilir.
Əsas problemlərdən biri Xəzər sahillərində ödənişli çimərliklərin sayında ciddi artımın müşahidə olunmasıdır.
Adətən bəzi özəl obyektlər sahil zolağını zəbt edir, insanlara 4-5 dəfə baha xidmət təklif edirlər. Bu da istər-istəməz narazılıq yaradır.
İddialara görə, bələdiyyələr sahil zolağını sahibkarlara icarəyə verirlər.
Özəl çimərliklərə də dövlət tərəfindən nəzarət edilmir və batma hallarında məsuliyyət daşıyan olmur.
Yeni sezonda da oxşar halların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır? Bu məsələ necə tənzimlənməlidir?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, dövlət qurumları çimərliklər məsələsinə yenidən baxmalıdır: “Dəniz sahillərinin özəl çimərlik və ya “daça” adı altında çəpərlənməsi ilk növbədə vətəndaşların konstitusion hüququnun məhdudlaşdırılmasıdır.
Məlumdur ki, konstitusiyanın 37-ci maddəsi hər kəsin istirahət hüququ olduğunu bildirilir.
Tam oxu
Xəbəri oxu