Bu ərazinin suyu KƏSİLƏCƏK

24.02.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.

Modern.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu gün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью