Bu əraziyə giriş qadağandır Təmir davam edir

30.09.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarından etibarən Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə kəsişməsinədək olan hissədə tərəfimizdən təmir işlərinə start verilib.

Axar.az xəbər verir ki, hazırda həmin ərazidə təmir işləri davam edir.

Süleyman Sani Axundov küçəsinin qeyd olunan hissəsində təmir işlərinin iki gün ərzində aparılması nəzərdə tutulur.

Ötən gün köhnə asfalt-beton örtüyünün filizlənməsi işləri həyata keçirilib. Bu gün isə yeni aslaft-beton örtüyünün döşənməsinə başlanması planlaşdırılır.

İşlər yekunlaşdırılıqdan sonra sözügedən hissədə nəqliyyat vasitələrinin fəaliyyəti tam şəkildə bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью