Bu ərizələrə görə 100 manat dövlət rüsumu ödəniləcək

18.03.2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun icrası ilə əlaqədar hazırlanan sənəddə qeyd edilib ki, qanuna bununla bağlı yeni maddə əlavə olunur.

Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.

report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью