Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, o, bu haqda Rusiyanın Omsk şəhərində keçirilən XXII Qazaxıstan–Rusiya Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb:
“Ermənistan və Azərbaycan arasında, münaqişənin mahiyyəti və kökləri bizə tam aydın idi, çünki bu, tarixə söykənirdi. Amma burada bunu anlamaq çox çətindir”, – deyə Tokayev vurğulayıb.
Qazaxıstan lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin artıq dondurulmasının və tərəflərin “İstanbul 2.0” formatına qayıdaraq danışıqları bərpa etməsinin vaxtının çatdığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə böyük dövlətlərin, o cümlədən Rusiyanın təminatları ilə sülhə doğru irəliləmək mümkündür.