Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2025-ci ildə kəskin şəkildə azalacaq.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Overçukun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib.
Cari ilin sonunda isə bu rəqəmin təxminən 6 milyard dollara qədər düşəcəyi gözlənilir.
O qeyd edib ki, 2025-ci ilin ilk yarısında göstərici cəmi 3,4 milyard dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Mütəxəssislər hesab edir ki, Rusiya-Ermənistan ticarət dövriyyəsində kəskin artımın səbəbi Rusiyanın Ukraynaya hücumundan sonra Qərb dövlətləri tərəfindən tətbiq edilən sanksiyalardan sonra başlayıb.
Bunun səbəbi isə Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi və sanksiya altında olan məhsulları Qərb dövlətlərindən alaraq Rusiyaya ixrac etməsidir.